“Danışığımızda pul söhbəti olmayıb, yalandır” - Türk nazir

“Danışığımızda pul söhbəti olmayıb, yalandır” - Türk nazir
  24 Dekabr 2013    Oxunub:1096
Türkiyənin daxili işlər naziri Müəmmar Gülər telefon danışıqlarını dinlənərkən əlavələr edildiyi iddiası ilə məhkəməyə müraciət edəcək.
AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, nazir oğlu Barış Gülərin telefon danışıqlarına əlavələr edildiyini deyib:

“Bizim danışıq qeydlərimizdə çox mühüm yerlərdə pulla bağlı söhbətlərə əlavələr edildiyini gördüm”.

Barış Gülərin vəkili Kamil Şirin də bildirib ki, 2013-cü il oktyabrın 26-da baş tutan telefon söhbətində yalandan bəzi əlavələr edilib.

“Törətdikləri qanun pozuntusunun üzə çıxacağını bildikləri üçün 3 ayrı istintaq işini bir işdə birləşdiriblər. 14 aydır ki, izləyirsiz, şəkillər çəkirsiz niyə cinayət başında tutmadınız? Bu çemodanları daşıyanlar kimdir? Bunu niyə tapmamısız? Çünki bu çemodanlar sadəcə fikir formalaşdırmaq üçün işə əlavə edilib. Əgər əməliyyat keçirilsəydi çemodanların içində pul olmadığı məlum olacaqdı”.

Fatimə Kərimli


Teqlər:  





Xəbər lenti