220 rayonda daşqın gözlənilir
Mütəxəssislərin məlumatına görə, hazırda bir sıra rayonlarda küləyin sürəti saatda 120 kilometrə çatır. Qasırğa nəticəsində 5 min ev işıqsız qalıb. Çayların məcrasından çıxması mütəxəssislərin təcrid olunmuş rayonlara gedə bilməsinə mane olur. Polisin məlumatına görə, yollarda da acınacaqlı vəziyyət yaranıb. Gün ərzində təxminən 13 milyon avtomobil yollarda qalıb. Aeroportlar isə hələlik işini ştat cədvəlinə uyğun davam etdirir. Lakin bəzi reyslərin təxirə salınacağı da istisna edilmir.
Hazırda Britaniyada leysan yağışları yağır. Yağışlı, fəsadlı hava şəraitinin günün sonunadək davam edəcəyi proqnozlaşdırılır.
S. Həsənova
Teqlər: