Fransa prezidenti dava saldı

Fransa prezidenti dava saldı
  23 Dekabr 2013    Oxunub:1120
Fransa və Əlcəzair arasında diplomatik gərginlik yaranıb.
AzVision.az xarici mətbuata istinadən xəbər verir ki, Fransanın yəhudi icmaları şurasının yubiley tədbirlərində iştirak edən Fransua Olland ölkənin Daxili İşlər Naziri Manuel Valsın Əlcəzairə səfərini “o Əlcəzairdən sağlam qayıdıb.

Bu isə özlüyündə böyük işdi” deyə zarafat etməsi olub. Dekabrın 16-da səslənən bu fikir tezliklə aparıcı Əlcəzair qəzetlərinin manşetlərində yer alıb. Əlcəzair Xarici İşlər Naziri Ramtane Lamamra isə bu zarafatı “təəssüfə layiq hadisə” kimi dəyərləndirib.
Fransa prezidentinin yaxın çevrəsi isə Ollandın əlcəzairli diplomatları təhqir etmək istəmədiyin bildirib. “Bu heç kəsi, o cümlədən əlcəzairli diplomatları təhqir etmək üçün deyilməyən adi zarafat idi”.

Xatırladaq ki, 1962-ci ilə kimi Əlcəzair Fransanın müstəmləkəsi olub. Azadlıq yolunda Fransa ilə mübarizədə Əlcəzair 1 milyon vətəndaşını itirmişdi.

AzVision.az


Teqlər:  





Xəbər lenti