DİM 194 nəzarətçini elektron bazadan xaric edib

DİM 194 nəzarətçini elektron bazadan xaric edib
  03 Fevral 2020    Oxunub:2228
Dövlət İmtahan Mərkəzi (DİM) yeni və təcrübəsi az olan müəllimlər üçün seminar-məşğələləri yekunlaşdırıb.
DİM-dən Azvision.az -a verilən məlumata görə, təlimlərdə nəzarətçi-müəllimlər cari ildə keçiriləcək test imtahanlarının texnologiyaları, imtahan materialları və qaydalar barədə ətraflı məlumatlandırılıb və onlara imtahanda idarəetmə ilə bağlı yeni metod və üsullar izah edilib.

14-31 yanvar tarixlərində keçirilən və bütün respublika ərazisini əhatə edən təlimlərə 4491 nəzarətçi‑müəllim dəvət olunub. Nəzarətçilərdən 194 nəfər seminarlarda iştirak edə bilməyib. Üzrsüz səbəblərdən məşğələlərdə iştirak edə bilməyənlər nəzarətçilərin elektron bazasından xaric ediliblər.

Treninqlərdə iştirak edən müəllimlər DİM tərəfindən keçiriləcək imtahanlara nəzarətçi kimi cəlb olunacaqlar. Bu da onların seminarlarda əldə etdikləri nəzəri bilikləri təcrübədə tətbiq etmələrinə kömək edəcək.

Xatırladaq ki, “Nəzarətçilərin elektron qeydiyyatı” sistemində, ümumilikdə 15009 nəzarətçi-müəllim haqqında məlumat var. Elektron bazada qeydiyyatda olan, əvvəlki illərdə keçirilən imtahanlarda iştirak edən və göstəriciləri yaxşı olan digər müəllimlər üçün də bu il keçiriləcək imtahanlara təyinat aldıqdan bir neçə gün əvvəl seminar məşğələlər keçiriləcək.

Azvision.az



Teqlər: DİM  





Xəbər lenti