Paytaxt əhalisi ərzağa 10 milyard manat xərcləyib

 Paytaxt əhalisi ərzağa 10 milyard manat xərcləyib
  03 Fevral 2020    Oxunub:2548
2019-cu ildə ticarət dövriyyəsinin həcmi 2018-ci illə müqayisədə 4,2 faiz artaraq 22222,8 milyon manat olub.
Bakı Şəhər Statistika İdarəsindən Azvision.az -a verilən məlumata görə, ticarət şəbəkəsində satılan ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki illə müqayisədə 0,8 faiz artaraq 10539,0 milyon manata, qeyri-ərzaq məhsullarının həcmi isə 7,7 faiz artaraq 11683,8 milyon manata bərabər olub.

İstehlak məhsullarının 27,4 faizi hüquqi şəxs statuslu müəssisələrdə, 50,9 faizi fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 21,7 faizi isə paytaxtın məhsul bazarlarında satılıb.

Azvision.az



Teqlər: Bakı   Statistika  





Xəbər lenti