Əhalinin nominal gəlirləri 7,4 faiz artıb

Əhalinin nominal gəlirləri 7,4 faiz artıb
  01 Fevral 2020    Oxunub:3215
Keçən il ölkə əhalisinin nominal gəlirləri 2018-ci ilə nisbətən 7,4 faiz artaraq 57 milyard 35 milyon manat təşkil edib, əhalinin hər nəfərinə orta hesabla 5758,6 manatlıq gəlir düşüb.
Dövlət Statistika Komitəsindən Azvision.az -a verilən məlumata görə, bütün icbari və könüllü ödənişlər edildikdən sonra əhalinin sərəncamında 52 milyard 500 milyon manatlıq və ya 2018-ci illə müqayisədə 7,1 faiz çox vəsait qalıb.

Azvision.az



Teqlər: Əhali  





Xəbər lenti