Tailandda Baş nazir paytaxtdan qaçdı

Tailandda Baş nazir paytaxtdan qaçdı
  23 Dekabr 2013    Oxunub:1073
Taylandda hökumətin istefasını tələb edənlər küçələrdən çəkilmir.
Müxalifət lideri Sutxeb Tauqsuban bir neçə gündür 2-3 milyon insanın qatılacağı aksiyalar söz versə də, tərəfdarlarının sayı 100 mini aşmayıb. Bununla belə mitinqçilər bəyan edib ki, hökumətin istefasına nail olmayana qədər tələblərindən geri çəkilməyəcəklər. Dinc məcrada keçən aksiyalarda polisin etirazçılara müdaxilə etməməsi xüsusi diqqət çəkib.

Bu arada baş nazir Yinglak Çinavatra paytaxt Banqkoku tərk edib. Udon tani şəhərinə qaçan hökumət başçısı burdan müxalifətə səslənib. "Sizi anlamaqda çətinlik çəkirəm" deyən xanım baş nazir parlamenti buraxdığını onlara xatırladıb. Çinavatra qeyd edib ki, demokratik müxalifət olaraq parlament seçkilerine gederek, iddia etdikleri kabineti formalaşdıra bilerler.

Baş nazirin fikirlərini onun səlahiyyətlərini müvəqqəti icra edən müavini də təsdiqləyib. Bununla belə o qeyd edib ki, müxalifətin tələb etdiyi islahatlar fevralın 2-də keçiriləcək parlament seçkilərindən sonra mümkün olacaq. Tauqsuban isə bu fikirlə də razılaşmayıb. O, seçkilərin saxtalaşdırılacağını bəyan edərək səsverməyə qatılmayacaqlarını bildirib.

AzVision.az


Teqlər:  





Xəbər lenti