Mərkəzi Bank uçot dərəcəsini azaltdı

 Mərkəzi Bank uçot dərəcəsini azaltdı
  31 Yanvar 2020    Oxunub:3437
Mərkəzi Bankın İdarə Heyəti uçot dərəcəsinin 7,5%-dən 7,25 %-ə endirilməsinə dair qərar qəbul edib.

Azvision.az xəbər verir ki, bu barədə Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov bildirib. Onun sözlərinə görə, faiz dəhlizinin yuxarı və aşağı hədləri uçot dərəcəsinə ±1,75%-lik diapazonda müəyyən edilib.
"Bu qərar 31 yanvar 2020-cu ildən qüvvəyə minir. Faiz dərəcəsi ilə bağlı növbəti iclas mart ayında olacaq".

AMB sədri, həmçinin qeyd edib ki, son 3 ildə Azərbaycanda inflyasiya aşağı səviyyədədir. İnflyasiya gözləntiləri aşağı olaraq qalır.

Aytən Zəhra
Azvision.az


Teqlər: Mərkəzi-Bank  





Xəbər lenti