“Mən o işləri baş nazirə etdirmişəm” - Əli Ağaoğlu danışdı

 “Mən o işləri baş nazirə etdirmişəm” - Əli Ağaoğlu danışdı
  23 Dekabr 2013    Oxunub:1052
Türkiyədə qaçaqmalçılıq və rüşvət əməliyyatında saxlanılan və 3 gündən sonra azad edilən iş adamı Əli Ağaoğlunun sensasion telefon danışığı yayılıb.

AzVision.az türk mətbuatına istinadən xəbər verir ki, iş adamı telefon söhbətində işlərindən bəzilərinin baş nazir tərəfindən görüldüyünü bildirib.

Belə ki, Əli Ağaoğlu 2011-ci ildə Vəliəfəndi cıdırının qarşısındakı 70 hektarlıq ərazini satın alıb. 2012-ci ildə o, İstanbul şəhər Bələdiyyəsinə müraciət edərək ərazinin planının dəyişdirilməyini istəyib. İş adamı ərazinin 40 hektarlıq park sahəsinin 25 hektara endirilməyini istəyib. Amma İstanbul şəhər Bələdiyyəsi Məclisi səsvermə ilə bu təklif rədd edilib.

İstintaqa daxil edilən sənədlərdəki iddiaya görə, İstanbul bələdiyyəsinin onun təklifini rədd etməsindən sonra Əli Ağaoğlu ölkənin baş naziri Rəcəb Tayyib Ərdoğana müraciət edib. İş adamının İstanbul Bələdiyyəsi Məclisinin üzvü Timur Soysalla telefon söhbətində də bu, qeyd olunur:

“Açıq və dəqiq deyirəm ki, mən bu işi nazirliyə etdirmədim, baş nazirə etdirdim. Siz etmədiniz. Qədir bəy min nəfərin qarşısında söz verdi, bu ay dedi, gələn ay dedi, amma etmədi. Mən də getdim hörmətli başçıya dedim. Böyük başçı da nazirə göstəriş verdi ki, bu işi həll edin”.

Başqa bir iddiada isə Türkiyənin ətraf mühit və şəhərsalma naziri Ərdoğan Bayraqdarın adı hallanır. Belə ki, iddiaya görə, ərazidə tikiləcək evlərin hündürlüyünün 35 metrdən 70 metrə qədər artırılmasını və ərazidəki 40 hekatrlıq parkm sahəsinin 26 hektara endirilməsini tələb edən iş adamının təklifi bələdiyyə tərəfindən qəbul edilməyib. Bundan sonra Türkiyənin ətraf mühit və şəhərsalma naziri Ərdoğan Bayraqdarın oğlu Oğuz Bayraqdar və nazirin köməkçisi Sadıq Soylu işə qarışır.
Onların vasitəçiliyi ilə Ətraf Mühit və Şəhərsalma Nazirliyinin Xüsusi layihə adı verdiyi ərazidə iş adamının istədiyi dəyişikliklər reallaşdırılır.

Fatimə Kərimli


Teqlər:  





Xəbər lenti