Ərdoğandan gözlənilməz Pakistan səfəri

Ərdoğandan gözlənilməz Pakistan səfəri
  23 Dekabr 2013    Oxunub:1020
Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan Pakistana gedib.
AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, o pakistanlı həmkarı Nəvaz Şərifin dəvətilə Lahora gedib.

Səfərin ikinci hissəsi sabah İslamabadda davam edəcək. Pakistan prezidenti Məmnun Hüseynlə görüşü planlaşdırılan Ərdoğan həmçinin baş nazirlə də görüşəcək.

Səfər zamanı iki ölkə arasındakı əlaqələr, Əfqanıstan və Suriyadakı son proseslər, regional və beynəlxalq məsələlər müzakirə olunacaq.

Fatimə Kərimli


Teqlər:  





Xəbər lenti