Kirayə mənzillərin satışı ilə bağlı vətəndaşlara müraciət

 Kirayə mənzillərin satışı ilə bağlı vətəndaşlara müraciət
  26 Yanvar 2020    Oxunub:4679
Yaşayış sahələrini satmaq öhdəliyi ilə kirayəyə vermə mexanizmi üzrə 22 yanvar 2020-ci il tarixində başlanmış elektron müraciətlərin qəbulu prosesində "Elektron hökumət" portalına istifadəçi daxilolmalarının və aparılan əməliyyatların sayının kütləvi xarakter daşıması və digər texniki səbəblərdən portal artıq yüklənməyə məruz qalıb.
İpoteka və Kredit Zəmanət Fondundan Azvision.az -a verilən məlumata görə, nəticədə "Elektron ipoteka və kredit zəmanət sistemi" (Elektron sistem) üzrə müraciətlərin qəbulunda problemlər yaranıb.

Hazırda Fond aidiyyətı təşkilatlarla birlikdə Elektron sistemin dayanıqlı, etibarlı və təhlükəsiz fəaliyyətinin bərpası və sistemin hər bir istifadəçisinə bərabər şəraitin təmin olunması üçün bütün zəruri tədbirləri həyata keçirir.

Qeyd olunan texniki problemlər aradan qaldırıldıqdan və bu halların təkrarlanmaması üçün zəruri tədbirlər həyata keçirildikdən sonra vətəndaşlara Fond tərəfindən əlavə məlumat veriləcək.

Azvision.az



Teqlər: Fond   Mənzil   Kirayə  





Xəbər lenti