Müəmmər Gülər uzun sürən sükutu pozdu

Müəmmər Gülər uzun sürən sükutu pozdu
  22 Dekabr 2013    Oxunub:1054
AzVision.az türkiyə mətbuatına istinadən xəbər verir ki, Türkiyənin Daxili İşlər naziri Müəmmər Gülər Türkiyədəki “korrupsiya və rüşvət” əməliyyatından sonra ilk dəfə olaraq öz tvitter hesabında baş verən olayları şərh edib.

Tvitter hesabında ölkəsində baş verənlərlə bağlı fikir bildirən Gülər, “Sevgili soydaşlarım, etimadınız üçün təşəkkür edirəm. Heç bir qanunsuz işimiz ola bilməz. Verə bilməyəcəyimiz heç bir hesab da yoxdur. Önümüzdəki günlərdə hər şey ortaya çıxacaq. Hamınıza sayqılar və sevgilər bildirirəm ” deyə qeyd edib.


Teqlər:  





Xəbər lenti