ABŞ-ın dünyadakı bank hesbalarını dondurduğu Babək Zəncani Türkiyədəki işlərinin həyata keçirilməsini Rza Zərraba tapşırıbmış. 39 yaşlı Babək Zəncaninin 13,5 milyard dollarlıq sərvəti var.
Türkiyə polisinin həyata keçirdiyi əməliyyat nəticəsində ifşa olunan dəstənin “1 nömrə”si sayılan Babək Zəncani hava yolları şirkəti, maliyyə qurumları və çoxlu sayda neft tankerlərinin sahibidir. Onun Türkiyədə “Onur Air” hava yolları şirkətini, eləcə də, “Ulusoy” və “Varan” avtobus şirkətlərininin səhmlərinin yarısını satın aldığı bilirilir.
Rza Zərrab və Babək Zəncani Təbrizdə tanış olublar. Təxminən bir il əvvəl Dubaya uçan təyyarədə axtarış zamanı tapılan 1, 208 ton qızılın əsl sahibinin məhz Babək Zəncani olduğu iddia edilir.