Pensiyalar dörd günə veriləcək
Bunu Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümov bildirib.
Onun sözlərinə görə, indi ölkənin bir sıra rayonlarında pensiyalar sahiblərinə çatdırılıb.
Belə ki, Bakı, Sumqayıt şəhərində, Abşeron rayonunda, Naxçıvan Muxtar respublikasında, ümumiyyətlə, qaçqın və məcburi köçkünlərin yaşadığı rayonlara pensiyalar köçürülüb.
Onun sözlərinə görə, hazırda fondun hesabında 70 milyon manatdan çox vəsait qalıb və bu, digər rayonlara köçürüləcək.
Teqlər: