Rezidenturaya qəbul imtahanlarının vaxtı açıqlanıb

Rezidenturaya qəbul imtahanlarının vaxtı açıqlanıb
  23 Yanvar 2020    Oxunub:3222
Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən 2020-ci ilin ilk 3 ayı ərzində keçirilməsi nəzərdə tutulan magistratura və doktoranturaya qəbul imtahanları, sınaq imtahanları, 9-cu sinif buraxılış imtahanlarının 1-ci mərhələsi və dövlət qulluğuna qəbul imtahanlarının tarixləri elan edilib. 2020-ci ildə keçiriləcək digər imtahanların tarixləri də müəyyən olunub.
DİM-dən Azvision.az -a verilən məlumata görə, rezidenturaya qəbul imtahanının birinci mərhələsi aprelin 19-da, ikinci mərhələsi isə iyulun 17-də keçiriləcək.

Azvision.az



Teqlər: DİM   Rezidentura   İmtahan  





Xəbər lenti