Azərbaycanda benzin istehsalı azalıb

Azərbaycanda benzin istehsalı azalıb
  22 Yanvar 2020    Oxunub:3335
2019-cu ildə Azərbaycanda 2 milyon 112,8 min ton dizel yanacağı, 1 milyon 161,2 min ton avtomobil benzini, 246,9 min ton neft-kimya sənayesində istifadə üçün benzin, 591,2 min ton ağ neft, 126,4 min ton yanacaq mazutu, 25,4 min ton sürtkü yağları, 259,9 min ton neft bitumu və 238,3 min ton neft koksu istehsal olunub.
Dövlət Statistika Komitəsindən Azvision.az -a verilən məlumata görə, il ərzində neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 3 milyard 129,2 milyon manat olmaqla əvvəlki illə müqayisədə 3,2 faiz azalıb.

Neft məhsullarından neft-kimya sənayesində istifadə üçün benzinin istehsalı 20,7 faiz, yanacaq mazutunun istehsalı 18,7 faiz, dizel yanacağının istehsalı 8 faiz artıb.

Avtomobil benzininin istehsalı 2,1 faiz, neft koksunun istehsalı isə 2,3 faiz, ağ neftin istehsalı 4,2 faiz, neft bitumunun istehsalı 10,2 faiz, sürtkü yağlarının istehsalı isə 78,5 faiz azalıb.

Azvision.az



Teqlər: Statistika   Benzin   Dizel  





Xəbər lenti