Əyani oxuyan tələbələrin 44,6 faizi təqaüd alır

  21 Yanvar 2020    Oxunub : 954
Əyani oxuyan tələbələrin 44,6 faizi təqaüd alır
Hazırda dövlət ali təhsil müəssisələrinin əyani şöbələrində oxuyan tələbələrin 44,6 faizi təqaüd alır.
Dövlət Statistika Komitəsindən Azvision.az -a verilən məlumata görə, ali təhsil müəssisələrində magistr səviyyəsi üzrə akademik göstəriciləri 91-100 bal olan tələbələrə 145 manat, 71-100 bal olan tələbələrə 120 manat, 51-100 bal olan tələbələrə 80 manat, bakalavr səviyyəsi üzrə isə müvafiq olaraq 130, 110 və 75 manat təqaüd müəyyən edilir.

Azvision.az

Teqlər: