Azərbaycandan 117 ölkəyə məhsul ixrac olunub

  18 Yanvar 2020    Oxunub : 1790
Azərbaycandan 117 ölkəyə məhsul ixrac olunub
2019-cu ilin yanvar-noyabr aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 190 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib, 117 ölkəyə məhsul ixrac olunub, 181 ölkədən idxal olunub.
Dövlət Statistika Komitəsindən Azvision.az -a verilən məlumata görə, gömrük orqanlarında qeydiyyatı aparılan, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla 2019-cu ilin yanvar-noyabr aylarında ölkənin xarici ticarət dövriyyəsi 30040,5 milyon ABŞ dolları, o cümlədən ixracın dəyəri 17655,8 milyon dollar, idxalın dəyəri 12384,7 milyon dollar təşkil etmiş, nəticədə 5271,1 milyon dollarlıq müsbət ticarət saldosu yaranıb.

2018-ci ilin yanvar-noyabr ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 3,2 faiz artıb, real ifadədə isə 2,2 faiz, o cümlədən idxal 5,6 faiz, ixrac 0,3 faiz azalıb. Bu dövr ərzində ölkədən 1781,1 milyon dollar dəyərində qeyri neft-qaz məhsulları ixrac edilib ki, bu da 2018-ci ilin eyni dövrünə nisbətən faktiki qiymətlərlə 16,3 faiz, real ifadədə isə 10,3 faiz çoxdur.

Azvision.az

Teqlər: DSK