"Bu ay indeksləşdirmə nəticəsində pensiyalar artacaq" - Nazir

   "Bu ay indeksləşdirmə nəticəsində pensiyalar artacaq" -    Nazir
  18 Yanvar 2020    Oxunub:6599
2019-cu ildə sosial sahədə inqilabi addımlar atılıb.
Azvision.az xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində keçirilən Kollegiya iclasında Kollegiyanın sədri, Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev vurğulayıb.

Nazir, 4 milyon 200 min vətəndaşın rifahına birbaşa dəstəyi təmin edən iki islahat paketinin ötən ilin ən mühüm nailiyyətlərindən olduğunu deyib. Sosial ödənişlərdə edilmiş ciddi artımların beynəlxalq səviyyədə də yüksək dəyərləndirildiyini qeyd edib.

O, 2019-cu ildə orta aylıq pensiyanın 15 faiz, o cümlədən yaşa görə pensiyanın 15 faiz, əlilliyə görə pensiyanın 22 faiz artdığını, bu ay ərzində indeksləşdirmə nəticəsində ölkədə pensiyalarda növbəti artımın ediləcəyini deyib.

Azvision.az



Teqlər: ƏƏSMN   Pensiya  





Xəbər lenti