Publik hüquqi şəxslərin vəsaitlərinə nəzarət artırıldı

  18 Yanvar 2020    Oxunub : 2304
 Publik hüquqi şəxslərin vəsaitlərinə nəzarət artırıldı
“Dövlət adından yaradılan publik hüquqi şəxslərə dövlət büdcəsi hesabına məqsədli vəsaitlərin ödənilməsi üzrə müqavilənin Nümunəvi Forması” təsdiqlənib.
Azvision.az xəbər verir ki, bununla bağlı qərarı baş nazir Əli Əsədov imzalayıb.

“Dövlət adından yaradılan publik hüquqi şəxslərə dövlət büdcəsi hesabına məqsədli vəsaitlərin ödənilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Prezidentinin 2019-cu il 25 dekabr tarixli Fərmanının 2-ci hissəsinin icrasını təmin etmək məqsədilə “Dövlət adından yaradılan publik hüquqi şəxslərə dövlət büdcəsi hesabına məqsədli vəsaitlərin ödənilməsi üzrə müqavilənin Nümunəvi Forması” təsdiq olunub.

Qərar 2020-ci il yanvarın 1-dən tətbiq edilir.

Bundan başqa Publik hüquqi şəxsin vəzifəli şəxsləri dövlət büdcəsindən ayrılmış vəsaitlərin təyinatı üzrə istifadə edilməməsinə görə İnzibati Xətalar və Cinayət Məcəlləsinə əsasən məsuliyyət daşıyacaqlar. Bu, Nazirlər Kabinetinin təsdiqlədiyi “Dövlət adından yaradılan publik hüquqi şəxslərə dövlət büdcəsi hesabına məqsədli vəsaitlərin ödənilməsi üzrə müqavilənin Nümunəvi Forması”nda əksini tapıb.

Dövlət adından yaradılan publik hüquqi şəxsin tabe olduğu orqan (qurum), yaxud Maliyyə Nazirliyi ilə dövlət adından yaradılan publik hüquqi şəxs arasında bağlanmış müqaviləyə əsasında publik hüquqi şəxsin həyata keçirəcəyi tədbirlər üzrə xərclər bu məqsədlər üçün dövlət büdcəsində nəzərdə tutulmuş vəsaitdən çox olmamalıdır. Bu xərclərin büdcədən artıq olan hissəsinə Maliyyə Nazirliyi təminat vermir və çatışmayan vəsait cəlb olunan digər mənbələrdən əldə edilə bilər. Vəsaitlərin ödənilməsi müvafiq büdcə ilini – yanvarın 1-dən dekabrın 31-dək olan müddəti əhatə edəcək.

Azvision.az

Teqlər: NK