“Allah onların evini yıxsın” - Güləndən sərt çıxış
Gülən çıxışının əvvəlində möminlikdən, möminlərə qarşı edilənlərin cəzasız qalmayacağından danışıb:
“Mömin qardaşını bir günahda təqsirli bilən adam o günahı yaşamadan ölməz”-deyə buyrulub. Əgər bu, sadəcə ayıblamaqla kifayətlənməyib qeybət edirsə, iftira atırsa, cəmiyyətin hüququndan söhbət gedirsə, bu, Allah haqqıdır. Dini camiya haqqını halal etməyənə qədər belə yaşayan insanlar başlarını yerdən qaldırmasalar da, İslam üçün bəzi şeylər etsələr də cənnətə girə bilməzlər”.
Dini lider vurğulayıb ki, özünü Allaha həsr etmiş insanlara qarşı hücumlar var:
“Amma biz bunların qarşısında sarsılmadan, sarsılsaq da yıxılmadan dayandıq”.
F.Gülən həmçinin deyib ki, bəzi cinayətlər var ki, bunlar ümumilikdə hər kəsin, bütün cəmiyyətin haqqına təcavüz etməklə işlənmiş günahlardır:
“Hər kəsə məxsus olan şeylər oğurlanıbsa, bunu nə Məcəllə maddələri ilə, nə də demaqogiya ilə yumşaltmaq olmaz. Bu, Allah haqqıdır. Bircə arpa belə hamıya məxsusdursa, o yeyilibsə və bir nəfər də buna göz yumubsa, o da haram iş tutanlarla ortaq sayılır. Orada göz yumulmamalıdır”.
F.Gülən hesab edir ki, günahları görməzdən gəlmək onu ikiqat artırmaq deməkdir: “Xalqın diqqətini nəyə yönəldək ki, bu hadisədən sıyrılaq?” demək dinə qarşı getmək deməkdir. Bu, dinin fundamental prinsiplərinə qarşı demaqogiyadır. Bu da günahı ikiqat artırmaq deməkdir. Həmçinin bu, cəmiyyətin bir-birinə çox yaxın olan hissələrini, molekullarını qopardıb işə yaramaz hala salmaq deməkdir”.
Dini lider günahsız adamlara şər atanlara Allahdan onların evlərini yandırmağı diləyib: “Oğrunu görməyib oğrunu tutanlara təzyiq edənlər, cinayəti görməyib günahsız adamaları cinayətdə ittiham etməklə onları qaralamağa çalışanların evlərinə Allah alov salsın. Yuvalarını yıxsın, birliklərini pozsun”.
O, çıxışının sonunda vurğulayıb ki, bir çox möminin qəlbi qırılıb: “Özümü də istisna etmirəm. Haqsız olan kimdirsə, o, mütləq cəzasını alacaq”.
Fatimə Kərimli