Agentlik 405 sahibkarlıq subyektini qeydiyyata almayıb

Agentlik 405 sahibkarlıq subyektini qeydiyyata almayıb
  17 Yanvar 2020    Oxunub:4960
"2019-cu ildə qida təhlükəsizliyi qeydiyyatı ilə bağlı müraciət edən 10652 sahibkarlıq subyektindən 405-nə imtina verilib". Azvision.az xəbər verir ki, bunu Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli 2019-cu ilin yekunlarına həsr olunmuş mətbuat konfransında çıxışı zamanı deyib.
Onun sözlərinə görə, qeydiyyat prosesinin optimallaşdırılması və şəffaflığın təmin edilməsi üçün elektron qeydiyyat sistemi yaradılıb və bütün ölkə üzrə tətbiq edilib.

O, qeyd edib ki, ötən il ərzində qida məhsulları sahəsində fəaliyyət göstərən subyektlərin qida təhlükəsizliyi qeydiyyatına alınması ilə bağlı 10 652 müraciət daxil olub: "Bu müraciətlərdən 10 247-si ilə bağlı qərar qəbul edilib və həmin subyektlərə “Qida məhsulları sahəsində fəaliyyət göstərən subyektlərin Dövlət Reyestri”ndən çıxarışlar təqdim olunub''.

Aytən Zəhra
Azvision.az


Teqlər: AQTA  





Xəbər lenti