İpoteka və Kredit Zəmanət Fondunun aktivləri artıb

İpoteka və Kredit Zəmanət Fondunun aktivləri artıb
  17 Yanvar 2020    Oxunub:3255
Ötən ilin sonuna İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) aktivləri 10,2 faiz artaraq 1,41 milyard manat, illik bölüşdürülməmiş mənfəəti isə 18,6 milyon manat olub.
Fonddan Azvision.az -a bildirilib ki, İKZF-nin nizamnamə kapitalı artaraq 637 milyon manata çatıb. Kapitalın artımı 2020-ci ilin dövlət büdcəsi xərclərində güzəştli ipoteka kreditləşməsi üçün nəzərdə tutulan 71 milyon manat məbləğində vəsait hesabına təmin ediləcək. 2020-ci ildə kirayə mexanizminin fəaliyyətə başlaması təmin olunacaq, ipoteka kreditlərinin, o cümlədən bu kreditlərlə yanaşı, sahibkarlıq kreditlərinə zəmanətlərin və faiz subsidiyalarının verilməsi davam etdiriləcək.

Azvision.az



Teqlər: Fond  





Xəbər lenti