Ermənistan İranla sərhəddə aeroport açır
Erməni mətbuatı yazır: “ Şahidlərin sözlərinə görə, bir zamanlar keyfiyyətli fəaliyyət göstərən Qafan aeroportu hazırda elə də pis vəziyyətdə deyil, müəyyən qədər investisiya yatırmaqla onu İran-Qarabağ-Yerevan-Gürcüstan istiqamətində “ipək yoluna” döndərmək olar. Bu, yalnız İran-Ermənistan əlaqələrinin inkişafı fonunda mümkün ola bilər”.
Xocalı aeroportuna gəlincə ermənilər hələlik onu işə salmaqdan çəkinir. Buna baxmayaraq məsələ hələ də gündəmdə qalır.
Səbinə Həsənova