Dəmir yolundan istifadə edənlərin sayı 35,8% artıb

 Dəmir yolundan istifadə edənlərin sayı 35,8% artıb
  16 Yanvar 2020    Oxunub:2424
"2018-ci ildə ölkə daxilində 2 milyon 833 min nəfər dəmir yolundan istifadə edib. Ötən il isə bu rəqəm 3 milyon 849 min nəfər olub ki, bu da 35,8% artım deməkdir".
Azvision.az xəbər verir ki, bunu “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov qurumda keçirilən kollegiya iclasında deyib. Sədr bildirib ki, Bakı-Sumqayıt və Bakı-Pirşağı istiqamətində gün ərzində orta hesabla 15 min sərnişin daşınır.

C.Qurbanov Abşeron dairəvi dəmir yolunda aparılan yenidənqurma işlərinin gedişatı barədə də məlumat verib. Diqqətə çatdırıb ki, bu marşrut üzrə 17 stansiya və dayanacaqdan 15-i tam hazırdır. Digərlərində isə tamamlama işləri gedir.

Azvision.az


Teqlər: ADY   CavidQurbanov  





Xəbər lenti