Türkiyənin baş diplomatından Qarabağ AÇIQLAMASI

Türkiyənin baş diplomatından Qarabağ AÇIQLAMASI
  21 Dekabr 2013    Oxunub:983
Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu yenidən Ankaranın Dağlıq Qarabağ münaqişəsinə dair mövqeyini açıqlayıb.

AzVision.az-ın türk mətbuatına istinadən verdiyi xəbərə görə, Davudoğlu yerli mediaya müsahibəsinə Türkiyənin Qarabağ münaqişəsinin həllində səylərini bundan sonra da davam etdirəcəyini diqqətə çatdırıb.

Nazirin həmçini qeyd edib ki, Türkiyə Cənubi Qafqazda sülhün və sabitliyin bərqərar olmasına tərəfdardır.

“Ankara regionda sülhün və sabitliyin təminatı məsələsinə kompleks yanaşılması çərçivəsində Türkiyə-Ermənistan münasibətlərinin normallaşması üçün atılan istənilən addımı dəstəkləyəcək”.

AzVision.az


Teqlər:  





Xəbər lenti