Dəniz nəqliyyatı ilə 948 milyon dollarlıq yük daşınıb

Dəniz nəqliyyatı ilə 948 milyon dollarlıq yük daşınıb
  16 Yanvar 2020    Oxunub:2735
2019-cu ildə dəniz nəqliyyatı ilə ümumilikdə 1,5 milyon tona yaxın yük daşınıb ki, bu yüklərin dəyəri 948,2 milyon ABŞ dolları olub.
Dövlət Gömrük Komitəsindən Azvision.az -a verilən məlumata görə, il ərzində dəniz nəqliyyatı ilə ixrac olunan 336 min 247 ton yükün dəyəri 155,5 milyon dollar olub. Bu nəqliyyat növü ilə idxal edilən yüklərin həcmi 1,2 milyon tondan çox, dəyəri isə 792,7 milyon dollar təşkil edib.

Azvision.az



Teqlər: Dəniz   Nəqliyyat  





Xəbər lenti