AzVision.az-ın məlumatına görə, Saakaşvili 46 yaşını qeyd edir. eks-prezident ad gününü ailəsi ilə birgə qeyd edəcəyini bildirilib.
Qeyd edək ki, Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili 1967-ci il dekabrın 21-də anadan olub.Z iyalı ailəsində böyüyüb. Atası həkim, anası isə tarixçi olub. Mixail dəfələrlə müsahibəsində bildirib ki, atasının onları tərk etməsinə baxmayaraq, o həmişə atasını çox sevib.
O, Kiyev Beynəlxalq Münasibətlər İnstitutunu bitirib, daha sonra ABŞ-ın Kolumbiya Universitetində magistr dərəcəsinə yiyələnib.
Saakaşvili daha sonra 1995-1996-cı illərdə Corc Vaşinqton Universitetində doktranturanı bitirib.
Sabiq dövlət rəhbəri siyasi fəaliyyətə 1995-ci ildə başlayıb. 2003-cü ilə qədər ədliyyə naziri, deputat, Tiflis meriyasının rəhbəri, Avropa Şurası Parlament Assambleyasının vitse-prezidenti olub.
2003-cü ildə müxalifət onun rəhbərliyi ilə qızıl “məxməri inqilabı” həyata keçirib, Eduard Şvarnadze istefaya göndərilib. Mixail Saakaşvili 2004-cü il yanvarın 4-də prezident seçilib. 2008-ci il yanvarın 5-də yenidən prezident seçkilərinin qalibi olub.
Prezident postuna gələn Mixail saakaşvili daxili siyasətdə bir sıra yeniliklərə də imza atıb. Onun bu istiqamətdə Rusiya ilə kifayət qədər problemləri də olub. O dəfələrlə Rusiyanı separatizmə günahlandırmaqla Gürcüstan Rusiya əlaqələrinin pisləşməsinə gətirib çıxarıb.
2012-ci il oktyabrın 1-də Gürcüstanda keçirilən parlament seçkilərində "Gürcü arzusu" partiyasının qalib gəlməsindən sonra isə prezident Mixail Saakaşvili dövlət televiziyasında onun təmsil etdiyi "Vahid milli cərəyan" partiyasının məğlubiyyətini etiraf edərək, müxalifətə keçdiyini elan edir. İvanişvilin hakimiyyətə gəlişindən sonra demokrat Saakaşvilinin dövrü başa çatır.
Bu ilin oktyabrında keçirilən seçkilərdən sonra o, Gürcüstanı tərk etməli olur.
A.RÜSTƏMOV