Azərbaycanda əməkhaqqı fondu 42,3 faiz artıb

 Azərbaycanda əməkhaqqı fondu 42,3 faiz artıb
  14 Yanvar 2020    Oxunub:2826
"İnzibati tədbirlər nəticəsində ölkədə 2019-cu il ərzində 153 min əmək müqaviləsi artdı. Təqdirəlayiqdir ki, bunun 99 mini, yəni, böyük hissəsi məhz özəl sektorun, 54 mini isə dövlət sektorunun payına düşdü".
Azvision.az xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev Prezident İlham Əliyevin yanında 2019-cu ilin yekunları ilə bağlı keçirilmiş müşavirədə deyib.

Nazir bildirib ki, əməkhaqqı fondu 42,3 faiz artıb, bu da çox böyük rəqəmdir, cəmi bir il ərzində əldə olunan nəticədir: "Əməkhaqqının sosial ədalətli bölgüsünün göstəricisi olan median əməkhaqqı isə cəmi bir ildə 52 faiz artdı, bu da sosial ədalətin geniş şəkildə tətbiqindən irəli gələn islahatların məhz aztəminatlı kəsimə yönəlməsini göstərən bir göstərici idi. Digər tərəfdən, pensiya sahəsində aparılan islahatlar nəticəsində minimum pensiyanın artımı bizi MDB məkanında alıcılıq qabiliyyəti üzrə birinci yerə çıxarmaqla yanaşı, xüsusi şərtlərlə pensiya təyinatı olan hərbçilərimizi əhatə edən böyük bir kontingentdə də 30 faizlik bir artım oldu. Bu islahatların nəticəsində də ölkədə orta pensiya 2019-cu ildə 15 faiz artdı, yaşa görə pensiya 15 faiz, ən həssas kateqoriya olan əlilliyə görə pensiya isə 22 faiz artdı".

Azvision.az


Teqlər: Əmək   Nazir   SahilBabayev  





Xəbər lenti