AzTU-da kadr dəyişikliyi olub

AzTU-da kadr dəyişikliyi olub
  13 Yanvar 2020    Oxunub:3078
Azərbaycan Texnki Universitetində (AzTU) kadr dəyişikliyi olub.
Azvision.az xəbər verir ki, AzTU-nun mətbuat xidmətinin məlumatına görə, uzun illər universitetin kitabxanasının müdiri vəzifəsində çalışmış Narıngül Xələfova öz xahişi ilə vəzifəsindən azad olunub. Rektor Vilayət Vəliyev AzTU-nun kitabxanasında uzunmüddətli və səmərəli fəaliyyətinə görə Narıngül Xələfovaya təşəkkür edib.

Həmin vəzifəyə kitabxananın şöbə müdiri Zöhrə Məmmədova təyin olunub. Ona kitabxananın texniki universitetlərin tələbləri səviyyəsində, müasir standartlara uyğun qurulması ilə bağlı tapşırıqlar verilib.

Azvision.az


Teqlər: AzTU  





Xəbər lenti