Elman Rüstəmov: “Manatın məzənnəsi öz dinamikasını qoruyacaq”

     Elman Rüstəmov:    “Manatın məzənnəsi öz dinamikasını qoruyacaq”
  10 Yanvar 2020    Oxunub:3198
2020-ci ildə manatın məzənnəsi öz dinamikasını qoruyacaq.
Azvision.az xəbər verir ki, bunu Mərkəzi Bankın sədri Elman Rüstəmov Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) nümayəndələri, sahibkarlar və bank rəhbərləri ilə görüşündə deyib. Onun sözlərinə görə, manatın məzənnəsinin dinamikası bu il də aşağı inflyasiyanın vacib şərtlərindən biri olacaq.

E.Rüstəmov, həmçinin qeyd edib ki, hazırda Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatları 51 milyard dolları keçib: "Bu göstərici ölkənin xarici borcundan 5 dəfə çoxdur və ümumi daxili məhsul səviyyəsindədir".

Azvision.az



Teqlər: ElmanRüstəmov  





Xəbər lenti