Agentlik beynəlxalq uyğunluq sertifikatına layiq görülüb

Agentlik beynəlxalq uyğunluq sertifikatına layiq görülüb
  07 Yanvar 2020    Oxunub:1999
Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi (AXA) beynəlxalq İSO 9001:2015 (Keyfiyyətin İdarə Olunması) standartının tələblərinə uyğunluq auditindən keçib.
Azvision.az xəbər verir ki, “KİWA Niderland” şirkəti tərəfindən uyğunluq auditindən keçən Aqrar Xidmətlər Agentliyi beynəlxalq İSO 9001:2015 uyğunluq sertifikatına layiq görülüb.

Qeyd edək ki, “KİWA Niderland” şirkəti beynəlxalq sertifikatlaşdırma, test və inspeksiya xidmətləri üzrə qlobal liderdir. Avropa, Asiya və Latın Amerikasında150-dən çox ofisi olan şirkət dünyanın 30-dan çox ölkəsindəfəaliyyət göstərir. “KİWA Niderland” şirkətikənd təsərrüfatı, yem, qida, istehsal, emal sənayesi sektoru, biznesin inkişafı sahəsi, ictimai və özəl sektorda, dövlət və beynəlxalq qurumlara xidmət göstərir və öz geniş təcrübəsi ilə müştərilərə dəstək olur.

Azvision.az



Teqlər: Agentlik  





Xəbər lenti