Əhalinin banklardakı əmanətləri 8.7 milyard manata çatıb

 Əhalinin banklardakı əmanətləri 8.7 milyard manata çatıb
  30 Dekabr 2019    Oxunub:1791
2019-cu ildә bank sektorunun restrukturizasiyası çәrçivәsindә bir neçә bank üzrә kapital inyeksiyası hәyata keçirilib, prudensial normativlәrdә risklәrin tәnzimlәnmәsi sisteminin effektivliyinin artırılmasına yönәldilmiş dәyişikliklәr edilib. Bütövlükdә, maliyyә sektorunda restrukturizasiya proseslәri hәlә ki, tamamlanmayıb.
Azvision.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) 2020-ci il və ortamüddətli dövr üçün pul siyasəti və maliyyə sabitliyi siyasətinin əsas istiqamətləri barədə” bəyanatında bildirilib.

Qeyd olunub ki, ölkә başçısının problemli kreditlәrinin hәlli ilә bağlı müvafiq Fәrmanının icrası çərçivəsində 602 min vәtәndaş kompensasiya, 300 mindәn artıq vәtәndaş isә kreditlәrinin restrukturizasiyasına aid edilib. Artıq vәtәndaşlara 644.5 mln. manat kompensasiya ödәnilb. Son tarixә 123.1 min borcalanın 242.3 milyon manat mәblәğindә kreditlәri güzәştli şәrtlәrlә (1% olmaqla 5 ilә) restrukturizasiya edilib.

Bildirilib ki, Fәrman çәrçivәsindә silinәn faiz vә dәbbә pullarının hәcmi 205 milyon manatdan çox olub, 42 min borcalanın kreditlәri tam balanıb. Vurğulanıb ki, Fәrmanın icrası bank aktivlәrinin keyfiyyәtinә müsbәt tәsir göstәrib. Cari ilin noyabrında sektorun vaxtı keçmiş kreditlәrinin portfeldә payı 2018-ci ilin sonu ilә müqayisәdә 3 faiz bәndi azalıb. Dövrün sonuna maliyyә sabitliyi göstәricilәrindәn olan kapital adekvatlığı 22.6%, likvid aktivlәrin cәmi depozitlәrә nisbәti 40% olub.

Həmçinin diqqətə çatdırılıb ki, ilin әvvәlindәn kredit qoyuluşları 16.1% artıb. Bu da әsasәn ev tәsәrrüfatlarına kreditlәrin 21% artmasından irәli gәlib. Kredit portfelindә ev tәsәrrüfatlarına kreditlәrin payı 50.4%-ә çatıb.

Bankların başlıca resurs mәnbәlәrindәn olan әhalinin bank әmanәtlәri ilin әvvәlindәn 3.7% artaraq 8.7 mlrd. manata çatıb. Әmanәtlәrin 84.4%-i Әmanәtlәrin Sığortalanması Fondu tәrәfindәn qorunur.

Aytən Zəhra
Azvision.az


Teqlər: Bank   Kredit  





Xəbər lenti