Azərbaycanda təhsil alan əcnəbi tələbələrin sayı açıqlandı

   Azərbaycanda təhsil alan əcnəbi tələbələrin sayı açıqlandı
  29 Dekabr 2019    Oxunub:4602
2019-2020-ci tədris ilində Azərbaycanda ali təhsilin bütün səviyyələri üzrə 90-a yaxın ölkədən 6600 nəfərdən çox əcnəbi tələbə təhsil alır.
Azvision.az xəbər verir ki, bu barədə Təhsil Nazirliyinin illik hesabatında bildirilib.

Hesabatda qeyd olunub ki, cari tədris ilində Hökumətlərarası Təqaüd proqramları çərçivəsində Macarıstanda 200, Çində 37, Rumıniyada 2, Rusiya Federasiyasında 3, Latviyada 13, Qazaxıstanda 4, ümumilikdə isə 259 nəfər xaricdə təhsil almaq hüququ qazanıb.

Azvision.az


Teqlər:





Xəbər lenti