Bakıdakı məktəb və şagirdlərin sayı açıqlandı

 Bakıdakı məktəb və şagirdlərin sayı açıqlandı
  29 Dekabr 2019    Oxunub:4468
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyində 309 ümumi təhsil məktəbi, 3 xüsusi ümumi orta məktəb və 7 əyani-qiyabi axşam məktəbi olmaqla, cəmi 319 məktəb və 5 Uşaq-Gənclər İnkişaf Mərkəzi fəaliyyət göstərir.
İdarədən Azvision.az -a verilən məlumata görə, BŞTİ-nin tabeliyindəki məktəblərdə 441 077 şagirdin təlim-tərbiyəsi ilə 27 192 müəllim məşğul olur.

BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrinin I siniflərində 45 637, IX siniflərində 30 945, XI siniflərində 19 521, XII siniflərində isə (əyani-qiyabi tam orta məktəb və qiyabi sinifləri) 182 nəfər təhsil alır.

Azvision.az


Teqlər: Bakı   Təhsil  





Xəbər lenti