Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası olub

Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası olub
  27 Dekabr 2019    Oxunub:3929
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Palatasının növbəti iclası keçirilib.
Konstitusiya Məhkəməsinin mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, iclasda Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VI hissəsinə və “Konstitusiya Məhkəməsi haqqında” Qanunun 7.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.4-cü maddəsinin şərh edilməsinə dair Şəki Apelyasiya Məhkəməsinin müraciətinə baxılaraq icraata qəbul olunması haqqında qərardad çıxarılıb.

Müraciətə mahiyyəti üzrə, tərəflərin iştirakı ilə Konstitusiya Məhkəməsi Plenumunun 2020-ci il yanvarın 17-nə təyin edilmiş iclasında baxılacaq.

Azvision.az



Teqlər: KonstitusiyaMəhkəməsi  





Xəbər lenti