11 ayda dəmir yolu ilə 3,7 milyon sərnişin daşınıb

11 ayda dəmir yolu ilə 3,7 milyon sərnişin daşınıb
  25 Dekabr 2019    Oxunub:2321
Cari ilin yanvar-noyabr aylarında dəmir yolu nəqliyyatı ilə 3,7 milyon sərnişin daşınıb.
Azvision.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ötən ilin eyni dövrü ilə müqayisədə sərnişin daşınmasında 48,2 faiz artım olub. Həmçinin dəmir yolu nəqliyyatı ilə yük daşınmasında orta hesabla sutkada 298 vaqon yüklənib, 430 vaqon isə boşaldılıb.

Sutka ərzində dəmir yolunun şimal istiqaməti üzrə 12,1 min ton, qərb istiqaməti üzrə 4,2 min ton, cənub istiqaməti üzrə isə 0,9 min ton yüklənmə işi yerinə yetirilib.

Azvision.az



Teqlər: Statistika  





Xəbər lenti