Azərbaycanla Aİ arasında yeni saziş layihəsi üzrə danışıqlar aparılıb

 Azərbaycanla Aİ arasında yeni saziş layihəsi üzrə danışıqlar aparılıb
  24 Dekabr 2019    Oxunub:2742
Azərbaycan Respublikası və Avropa İttifaqı (Aİ) arasında yeni saziş layihəsi üzrə danışıqlar ətrafında fikir mübadiləsi aparılıb.
Nazirliyin mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, İqtisadiyyat naziri Mikayıl Cabbarov Aİ-nin Avropa Xarici Fəaliyyət Xidmətində Avropa və Mərkəzi Asiya İdarəsinin rəis müavini, Rusiya, Şərq Tərəfdaşlığı, Mərkəzi Asiya və ATƏT üzrə direktoru Lyuk Pyer Devin və onu müşayiət edən nümayəndə heyəti ilə görüşüb.

Görüşdə Azərbaycan hökuməti ilə Aİ arasında əməkdaşlığın cari vəziyyəti və perspektivləri müzakirə edilib, həmçinin Azərbaycan Respublikası və Avropa İttifaqı arasında yeni saziş layihəsi üzrə danışıqlar ətrafında fikir mübadiləsi aparılıb.

Azvision.az



Teqlər:  





Xəbər lenti