Azərbaycan neftinin qiyməti bahalaşıb

Azərbaycan neftinin qiyməti bahalaşıb
  20 Dekabr 2019    Oxunub:1909
Dünya birjalarında neftin qiyməti müxtəlif istiqamətlərdə dəyişib.
Azvision.az xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,12 dollar artaraq 66,66 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barrelinin qiyməti isə 0,02 dollar ucuzlaşaraq 61,16 dollar təşkil edib.

“Azeri Light” markalı Azərbaycan neftinin bir barrelinin qiyməti 0,01 dollar artaraq 69,43 dollar təşkil edib.

Qeyd edək ki, Azərbaycan neftinin bir barrelinin qiyməti 2001-ci ilin dekabrında minimuma enərək 19,15 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.

Azvision.az



Teqlər: Neft   Birja  





Xəbər lenti