Nazirlik təhsildən kənar qalan uşağı məktəbə qaytarıb

Nazirlik təhsildən kənar qalan uşağı məktəbə qaytarıb
  17 Dekabr 2019    Oxunub:3061
Ağdaş rayon sakini Novruzlu Polad İlqar oğlunun təhsildən kənar qalması ilə əlaqədar Təhsil Nazirliyinə mediadan daxil olan məsələ yerində araşdırılıb.
Nazirlikdən Azvision.az -a verilən məlumata görə, Ağdaş şəhəri M.İsayev adına tam orta məktəbin III sinfində təhsil alan Polad Novruzlunun ailəsi 2019-cu ilin yanvar ayının sonlarında yaşayış yerini dəyişərək Bərdəyə köçüb. Valideynlərinin müraciətinə əsasən, o, Bərdə rayonu Hacılar kənd ümumi orta məktəbinin müvafiq sinfinə qəbul edilərək təhsilini davam etdirib. Lakin bir müddət sonra ailənin yenidən yaşayış yerini dəyişərək Ağdaş rayonuna köçməsi səbəbindən Polad Novruzlu məktəbə getməyib və təhsildən kənarda qalıb.

Məsələ ilə bağlı Ağdaş Rayon Təhsil Şöbəsinin əməkdaşları həmin ailənin yaşadığı evə gedərək Polad və anası ilə görüşüblər. Aparılan söhbət zamanı Poladın anası övladının xəstə olduğunu və həkimlər tərəfindən yazılmış 10 günlük müalicə kursu bitdikdən sonra onu məktəbə göndərmək istədiyini bildirib.

Hazırda Poladın səhhəti tam normaldır və o, Ağdaş şəhəri 8 nömrəli tam orta məktəbdə təhsilini davam etdirir. Polad Novruzlu həmçinin məktəbli forması, ləvazimatları və isti geyimlə təmin edilib.

Azvision.az



Teqlər: Məktəb  





Xəbər lenti