Neftin qiyməti yenidən bahalaşıb

  13 Dekabr 2019    Oxunub : 962
Neftin qiyməti yenidən bahalaşıb
Dünya birjalarında neftin qiyməti bahalaşmaqda davam edir.
Azvision.az xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 23 sentyabr tarixindən sonra ilk dəfə 65 dolları keçib.

Belə ki, “Brent” markalı neftin bir barrelinin qiyməti 1,21 faiz artaraq 65,05 dolları ötüb.

Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barrelinin qiyməti isə 0,93 faiz bahalaşaraq 59,73 dollar təşkil edib.

Azvision.az

Teqlər: Neft