Bu il 42 milyardlıq sənaye məhsulları istehsal edilib

  11 Dekabr 2019    Oxunub : 2184
Bu il 42 milyardlıq sənaye məhsulları istehsal edilib
Bu ilin yanvar-noyabr aylarında Azərbaycandakı sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 42,2 mlrd. manatlıq və ya 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 1,4% çox sənaye məhsulu istehsal edilib.
Dövlət Statistika Komitəsindən Azvision.az -a verilən məlumata görə, ötən dövr sənayenin qeyri neft-qaz sektorunda məhsul istehsalı 13,9% artıb.

Məlumata əsasən, sənaye məhsulunun 70% mədənçıxarma sektorunda, 25,1% emal sektorunda, 4,2% elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,7% isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub.

"Mədənçıxarma sektorunda neft hasilatı 3,4% azalıb, əmtəəlik qaz hasilatı isə 27,1% artıb", -deyə məlumatda qeyd edilib.

Azvision.az

Teqlər: DSK