Naxçıvanda vergi proqnozu 115,7 faiz icra edilib

  11 Dekabr 2019    Oxunub : 814
Naxçıvanda vergi proqnozu 115,7 faiz icra edilib
2019-cu ilin noyabr ayında Naxçıvan Muxtar Respublikasının Vergilər Nazirliyi üzrə müəyyənləşdirilmiş proqnoz 115,7 faiz icra edilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 12,3 faiz çoxdur.
Azvision.az xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Vergilər Nazirliyinin məlumatında bildirilib.

Qeyd olunub ki, daxil olmuş vəsaitlərin 30,4 faizi dövlət sektorunun, 69,6 faizi isə özəl sektorun payına düşüb. Bu dövrdə məcburi dövlət sosial sığorta ödəmələri sahəsində vətəndaşlarla və vergiödəyiciləri ilə keçirilən maarifləndirici görüşlər öz səmərəsini verib və bu sahədə vergi daxilolmaları əhəmiyyətli dərəcədə artıb. Belə ki, məcburi dövlət sosial sığorta haqları üzrə proqnoza 134,1 faiz, işsizlikdən sığorta üzrə proqnoza isə 119,5 faiz əməl
edilib.

Azvision.az


Teqlər: Vergi   Naxçıvan