“Azəriqaz”da istehsalat müşavirəsi keçirilib

“Azəriqaz”da istehsalat müşavirəsi keçirilib
  10 Dekabr 2019    Oxunub:1984
“Azəriqaz” İstehsalat Birliyində rəhbər heyət, eləcə də struktura daxil olan departament, şöbə və idarələrin rəhbər işçilərinin iştirakı ilə növbəti istehsalat müşavirəsi keçirilib.
Birlikdən Azvision.az -a bildirilib ki, “Azəriqaz”ın baş direktoru Ruslan Əliyev 2019-cu il üçün nəzərdə tutulan qazlaşdırma işlərinin əksəriyyətinin tamamlandığını bildirib. O deyib ki, ötən illə müqayisədə şikayətlərin sayında azalma müşahidə olunur. Lakin bununla yanaşı, bəzi problemli məsələlər qalmaqdadır ki, onların da aradan qaldırılması üçün operativ fəaliyyət təmin edilir.

Bütün struktur bölmələrin qarşısında qoyulan tapşırıqların həllinə dair gördükləri işlər qənaətbəxş hesab olunub. Bir daha rəhbər işçilərə abonentlərin üzləşdiyi hər hansı bir texniki problemin həllinin operativ həll olunması göstərişi verilib.

R.Əliyev kollegiya iclasında müvafiq qurumlar, o cümlədən regional idarələrə qış mövsümünün başlanması ilə bağlı gündəlik qaza olan tələbatın dərhal tənzimlənməsi, abonentlərin qazdan təhlükəsiz istifadəsi haqda maarifləndirmə işlərinin aparılması, şikayətlərin vaxtında və operativ araşdırılması, sayğacların yoxlanışı prosesində abonentlərin iştirakının təmin olunması, yeni quraşdırılan sayğacların istifadəsi haqda abonentlərə ətraflı məlumatların verilməsi istiqamətində tapşırıqlar verib.

“Azəriqaz” İB-də bu cür istehsalat müşavirələrinin hər ay keçirilməsi nəzərdə tutulub.

Azvision.az



Teqlər: Azəriqaz  





Xəbər lenti