Rusiyalı iş adamları Azərbaycana gəldi

Rusiyalı iş adamları Azərbaycana gəldi
  10 Dekabr 2019    Oxunub:2360
Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK), "ASK Business Consulting" (ABK) şirkətinin və Rusiyanın “Экспо-Контракт” şirkətinin təşkilatçılığı ilə Orenburq vilayətini təmsil edən sahibkarlar Azərbaycan şirkətləri və dövlət qurumlarının nümayəndələri ilə görüşlər keçiriblər.
Azvision.az xəbər verir ki, B2B formatında görüşlərdə öz məhsul və xidmətlərini təklif edən Rusiya şirkətləri Azərbaycan bazarına böyük maraq göstərdiklərini bildiriblər.

Orenburq vilayətinin İxraca Dəstək Mərkəzinin rəhbəri Darya Makarova vurğulayıb ki, Azərbaycanda böyük bazar var və Rusiyadan ölkəmizə xeyli məhsul idxal olunur. Azərbaycan bizim prioritet bazarlar sırasına daxildir. Azərbaycanda çalışmaq istəyən istənilən sahibkarımızı dəstəkləməyə hazırıq.

Mərkəzin rəhbəri, həmçinin yaxın gələcək üçün əməkdaşlıq planlarının artıq hazır olduğunu qeyd edib.

İxraca Dəstək Mərkəzinin layihələr üzrə rəhbəri Kvarç Georgi Boqdanoviç təmsil etdiyi qurumun fəaliyyəti barədə məlumat verib. Bildirib ki, ixracı subsidiyalaşdırmaq, faktorinq, sövdələşmələrin hazırlanmasında sahibkarlara dəstək olan mərkəz nəticədə ixracla bağlı sahibkarların bütün risklərinin azalmasına kömək edir: “Biz Azərbaycanda məhsullarımızın sərgisini keçirməyi planlaşdırırıq. Düşünürük ki, həmin sərgidə ölkəniz üçün gətirdiyimiz məhsullarla bərabər, Rusiya bazarı üçün maraqlı ola biləcək Azərbaycan məhsulları da nümayiş etdirilsin. Biznesə qarşılıqlı yanaşmanı və hər iki ölkənin tələbatının ödənilməsini həyata keçirməyi planlaşdırırıq”.

Azvision.az


Teqlər: ASK   Rusiya  





Xəbər lenti