Azərbaycanla Rusiya arasında 3 sənəd imzalandı

 Azərbaycanla Rusiya arasında 3 sənəd imzalandı
  09 Dekabr 2019    Oxunub:2901
Bakıda keçirilən Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə hökumətlərarası Dövlət Komissiyasının 18-ci iclası çərçivəsində 3 sənəd imzalanıb.
Azvision.az xəbər verir ki, tədbirdə iclasın protokolu, Azərbaycan və Rusiya arasında 2020-2022-ci illər üzrə aqrar sənaye kompleksində əməkdaşlıq proqramı və 2020-2022-ci illər üçün turizm sahəsində əməkdaşlıq proqramı imzalanıb.

Sənədləri komissiyanın həmsədrləri - Baş Nazirin müavini Şahin Mustafayev və Rusiyanın İqtisadi İnkişaf naziri Maksim Oreşkin imzalayıblar.

Azvision.az


Teqlər: Rusiya  





Xəbər lenti