Bakıda bayram yarmarkaları fəaliyyətə başlayıb

  07 Dekabr 2019    Oxunub : 2374
 Bakıda bayram yarmarkaları fəaliyyətə başlayıb
Bakıda Yeni il münasibətilə bayram yarmarkaları fəaliyyətə başlayıb.
Azvision.az xəbər verir ki, artıq paytaxtın bir çox ərazilərində çadırlar qurulub. Bayram yarmarkaları əsasən insanların sıx olduğu yerlərdə və metrostansiyalarının yaxınlığında yerləşir.

Yarmarkaların təşkil edilməsində məqsəd bayram ərəfəsində küçələrdə pərakəndə satışın qarşını almaq və bazar qiymətləri ilə müqayisədə nisbətən ucuz məhsullar təqdim etməkdir.

Azvision.az

Teqlər: Yeni-İl   Bayram   Yarmarka