“Ya biz işi düzgün apara bilmirik, ya da insanlar hazır deyil” - Məleykə Abbaszadə

  05 Dekabr 2019    Oxunub : 2386
 “Ya biz işi düzgün apara bilmirik, ya da insanlar hazır deyil” - Məleykə Abbaszadə
Hazırda dövlət qulluğuna daha çox müraciət aşağı pillədə olan vəzifələrədir. Çünki orda iş stajı tələb olunmur.

Azvision.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib. O bildirib ki, işaxtaranlar əsasən ilk dəfə işləmək istəyənlərdir.
"Həmin imtahanlarda kütləvilik təmin olunur. Yuxarı səviyyədə olan imtahanlarda ilkin tələb kimi iş stajı istənildiyindən müraciətlərin sayı azdır. Bir qurumda işləyən şəxslər daxili müsahibə elanı ilə vəzifələrini artıra bilirlər. Ona görə də onlar imtahan verməkdənsə, daxili müsahibəyə üstünlük verirlər".

M.Abbaszadənin fikrincə, hər hansı bir dövlət qurumunda işləyən şəxs başqa quruma keçməyə maraqlı olmur.
"Çünki onlar öz qurumlarında yüksəlmək istəyində olur. Dövlət qulluğunda "karyera bələdçi" proqramı iki ildən çoxdur ki, istifadəyə verilib. Bu proqramla şəxs öz nailiyyətlərini daxil edib, hansı vəzifələrə keçə biləcəyini öyrənə bilər. Lakin görünən odur ki, hələ də proqramdan istifadə edən yoxdur. Yəqin, ya biz maarifləndirmə işini düzgün apara bilmirik, ya da insanlar hələ buna hazır deyil".

Aytən Zəhra
Azvision.az

Teqlər: MəleykəAbbaszadə   DİM