Azərbaycanda yaşı 30-a qədər olan cəmi 325 alim var

   Azərbaycanda yaşı 30-a qədər olan cəmi 325 alim var
  04 Dekabr 2019    Oxunub:3197
Azərbaycanda yaşı 30-a qədər olan cəmi 325 alim var, onların arasında yalnız 30 nəfəri elmlər doktoru ola bilib.
Azvision.az Trend-ə istinadən xəbər verir ki, 30 yaşa qədər elmlər doktoru ola bilənlərin 26-sı kişi, 4-ü qadındır.

Ölkədəki elmlər doktoru dərəcəsi olan 1 414 alimin əksəriyyətinin yaşı 60-dan yuxarıdır. Elmlər doktoru dərəcəsi olanların 450-sinin 60-69 yaşı, 446-sının 70 və daha çox yaşı var.

Respublika üzrə emlər doktoru dərəcəsi olan alimlərin 46-sının yaşı 30-39, 130-unun yaşı 40-49, 312-sinin yaşı 50-59-dur. Ölkədə elmlər doktoru dərəcəsi olan alimlərin 1 117-si kişi, 297-si qadındır.

Azərbaycandakı 6 064 fəlsəfə doktorunun 3 126-sı kişi, 2 938-i qadındır. Fəlsəfə doktorlarının çoxu 40-49 yaşlıdır.

Bundan əlavə, Azərbaycanda fəlsəfə doktorunun 295-inin yaşı 30-a qədər, 980-nin yaşı 30-39, 1 428-inin yaşı 40-49, 1 343-ünün yaşı 60-69, 743-ünün yaşı 70 və daha çoxdur.

Azvision.az


Teqlər: Alim  





Xəbər lenti