“Türk axını”nın işə düşəcəyi vaxt açıqlandı

“Türk axını”nın işə düşəcəyi vaxt açıqlandı
  01 Dekabr 2019    Oxunub:2289
“Türk axını” qaz kəmərinin açılış mərasimi gələn il yanvarın 8-də İstanbulda olacaq.
Azvision.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan TANAP qaz kəmərinin Avropa ilə birləşən hissəsinin açılış mərasimində deyib.

“Biz yanvarın 8-də İstanbulda daha bir qaz kəmərinin - “Türk axını” xəttinin açılışını edəcəyik”, - deyə Ərdoğan bildirib.

Açılış mərasimində Rusiya Prezidenti Vladimir Putinin də iştirak edəcəyi gözlənilir.

Azvision.az


Teqlər: Ərdoğan  





Xəbər lenti